Modern.az

“Ana müxalifət deyiləm..."

“Ana müxalifət deyiləm..."

Təhsil

8 Aprel 2016, 11:41


“Mən özümü müxalif fikirli insan və deputatdan daha çox müstəqil yanaşması olan şəxs hesab edirəm. Parlamentdə, mediada hər zaman hadisələrə və məsələlərə lazım olduğu kimi deyil, layiq olduğu kimi qiymət verməyə çalışıram”.

Bu sözləri Modern.az saytına açıqlamasında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib.

Fazil Mustafa hesab edir ki, ictimai-siyasi və digər məsələlərə yanaşmasına görə  özünü hakimiyyətə siyasi müxalif kimi görmür:

“Hakimiyyətin özündə də ağıllı, məntiqli və düzgün yanaşma, təklif olanda buna öz müsbət rəyimi bildirirəm. Yəni kimsə hakimiyyətdə təmsil olunursa və hadisələrə düzgün, haqlı, ədalətli fikirlər sərgiləyirsə, onu da layiq olduğu kimi qiymətləndirməyə çalışıram. Mən ümumiyyətlə hakimiyyətə müxalif və yaxud müxalifətçilik görüşlərimi paylaşmıram.

Cəmiyyətin müxtəlif baxışı, müxtəlif yanaşmaları var ki, orada daha çox müxalifət mövqeyi tutmaq daha ədalətlidir. Amma bu o demək deyil ki, belə olan halda kimsə tam hakimiyyətə müxalifətdir. Mən hesab etmirəm ki, bu cür yanaşmam və düşüncələrimə görə parlamentdə, yaxud hansısa yerlərdə ana müxalifət, hegemon müxalifət olum.

Mən yalnız siyasi müxalifətçilik və ya müxalifət anlayışını, yanmaşmasını daşımıram.

Azərbaycanda bu gün yeni və eyni zamanda dəyərləri yerinə oturmamış bir cəmiyyət mövcuddur. Əksər istinad və sitayiş etdiymiz məsələlərdə bu günə qədər mahiyyətini və açıqlamasını yetəri səviyyədə verməmişik.

Ona görə də araşdırmalar, yazılar , müzakirə, mübahisələrimizin hamısının mahiyyətində dəyərlər dediyimiz  məsələlərin real anlaşılmasına çalışmalyıq.

Siyasi müxalifətçilikdən daha çox özümü fikir müxalifətçilyi daşıyan hesab edirəm”.

Fazil Mustafa siyasi düşüncələri ilə yanaşı, tarixi məsələlərdəki yanaşmasına görə bəzən qınaq obyekti də olduğunu bildirib:

“Son dövrlərdə dinlə və digər məsələlərlə bağlı öz yanaşmamı, fikirlərmi ortaya qoymuşam. Yüzlərlə insan var ki, buna görə az qalır ki, mənə qarşı hücuma keçsin.

Açıqlama verəndə hamı ümumi kütlə nə düşünürsə, yaxud nəyi həzm etmək istəyirsə, onu deyirlər. Belə şeylər mənim üçün keçərli deyil.

Tarixi şəxsiyyətlərə, müxtəlif dövrlərə və müasir milli siyasi proseslərə belə, öz yaşamamı ortaya qoyuram. Məncə, bu mənim vətəndaşlıq borcumdur”.

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı