Modern.az

Norveç qəzeti: "“Wikileaks” saytının oğurladığı bütün 250 min sənədi ələ keçirmişik"

Norveç qəzeti: "“Wikileaks” saytının oğurladığı bütün 250 min sənədi ələ keçirmişik"

27 Dekabr 2010, 18:16

Norveçin “Aftenposten” qəzeti “Wikileaks” saytının dərc etdiyi məxfi amerikan diplomatik sənədlərinin hamısını ələ keçirdiyini açıqlayıb. Modern.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bütün 250 min sənədin hamısını ələ keçirdiyini acıqlayan “Aftenposten” qəzetinin rəhbəri Ole Erik Almlid münasib olan sənədləri acıqlamaqda davam edəcəklərini bildirib. Bu sənədləri yayımlamaq üçün qarşılarında heç bir maneənin olmadığını, bəzi sənədlərin orjinallarını da internet saytlarında yayımlayacaqlarını bildirib.

Sənədləri necə ələ kecirdiklərini acıqlamaq istəməyən Almlid qarşılığında pul vermədiklərini deməklə kifayətlənib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu