Modern.az

Türkiyə Qarabağla bağlı kampaniyaya başladı

Türkiyə Qarabağla bağlı kampaniyaya başladı

Təhsil

8 Aprel 2016, 12:33


Ankara Böyük Şəhər Bələdiyyəsi və türkiyəli millət vəkilləri Qarabağla bağlı Azərbaycana dəstək olmaq üçün kampaniyaya başlayıb.

Modern.az xəbər verir ki, bu haqda məlumat yayan Ankara böyük şəhər Bələdiyyəsinin sədri İbrahim Melih Gökçek Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı Ağ evin səhifəsində yerləşdirilən petisiyaya səs verməyə çağırıb.

“Azərbaycanın Dağlıq Qarabağ üçün başlatdığı imza kampaniyasına biz də imza atırıq və hər kəsi bu kampaniyaya səs verməyə çağırıram. Tez bir zamanda biz 100 min səs toplamalıyıq”,- deyə Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri vurğulayıb.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Ağ evin veb-səhifəsinə yerləşdirilən petisiyaya səs vermək üçün Türkiyə böyük dəstək nümayiş etdirir.
“Qardaş ölkənin millət vəkilləri, bələdiyyə sədrləri və adi vətəndaşları da artıq imzatoplama kampaniyasına qoşulublar. Tez bir zamanda biz 100 min səsi toplayacağıq”.

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Dağlıq Qarabağ bölgəsini işğalçı Ermənistandan geri almaq məqsədilə imza kampaniyasına başlayıb. "Biz Xalqıq" (We the People Petitions) adı altında aparılan kampaniya çərçivəsində 100 min imza toplanması hədəf götürülüb. Petisiyaya qoşulanlar ABŞ rəhbərliyindən Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının azad edilməsi və regionda bəşəri bir fəlakətin qarşısının alınması üçün dəstək tələb edir. Mayın 6-a qədər davam edəcək petisiyaya hazırda 17552 nəfər səs verib. 

İmza toplamaq kampaniyasına dəstək olmaq üçün aşağıdakı linkə keçib qeydiyyatdan keçməklə səs verin. 

//petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe

 Aytən ZƏHRA 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı