Modern.az

Qulu Məhərrəmli barışıq təklifini alqışladı, Arif Alışanov isə...

Qulu Məhərrəmli barışıq təklifini alqışladı, Arif Alışanov isə...

Təhsil

8 Aprel 2016, 13:10

Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının baş direktoru Elşad Eyvazlı Azərbaycan Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovla tanınmış telejurnalist Qulu Məhərrəmlinin məhkəmə müstəvisində çəkişməsini yersiz və jurnalistikamız adına xələl gətirəcək addım sayaraq hər iki tərəfi ölkəmizin çətin günündə birlik nümayiş etdirməyə çağırıb.

Qulu Məhərrəmli Modern.az saytına açıqlamasında bu çağırışı müsbət qarşıladığını bildirib:

“Müraciətinizin ruhunu bəyənir və xoş niyyətinizi alqışlayıram. Mən özüm də qarşı tərəfin bir müsahibəyə bu dərəcədə kəskin reaksiya göstərməsinə, vəzifəsinin verdiyi bütün imkan və resurslarını işə salaraq əzələ nümayiş etdirməsinə təəccübləndim.

Mən heç kimlə çəkişmirəm, heç kimə qarşı da mübarizə aparmıram. Buna nə vaxtım, nə də həvəsim var. Kimin AzTV sədri ilə nə haqq-hesabı var, özü bilər”.

Q.Məhərrəmli fikrilərini belə davam etdirib:

“Qarşı tərəfin Elşad bəyin müraciətini nə dərəcədə qəbul etdiyini və Azərbaycanın təkcə Qubadlı, Zəngilan yox, işğal altında olan rayonlarından dolayı baş verən milli faciəni nə dərəcədə duyduğunu deyə bilmərəm. Amma mən bu problemi və məsuliyyəti dərindən dərk edirəm. Elə buna görədir ki, 25 ildir bu barədə yazıram və davamlı şərhlər verirəm. Qarşı tərəfin fikirləri necədir bunu deyə bilmərəm”.

AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımovaya müraciət etdik. Qurum rəsmisi dəfələrə zəng etməyimizə və mesaj yazmağımıza baxmayaraq bizə cavab vermədi. 

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı