Modern.az

Mərmi düşən məktəbdə dərslər başladı

Mərmi düşən məktəbdə dərslər başladı

Təhsil

8 Aprel 2016, 13:29

Düşmən mərmisinin dağıtdığı Sarıcalı kənd orta məktəbində dərslər bərpa olunub. Bu barədə Modern.az-a açıqlamasında Ağdam rayon Təhsil şöbəsinin müdiri Mətanat Misirxanova bildirib. O qeyd edib ki, təmas xəttində gərginlik olan vaxtı Ağdamda fəaliyyətini dayandıran 28 məktəbdən 27-də dərslər bərpa olunub.

“Mərmi düşən Sarıcalı kənd məktəbinin əlavə korpusu yaxşı vəziyyətdə idi. Orada təmizlik işləri aparıldı, otaqlar lazımi avadanlıqlarla təmin olundu və dünəndən dərslər bərpa olunub. Dünən şagirdlər az gəlmişdi. Amma bu gün nisbətən çıxaılıb. Hardasa 55 faiz dərsə davamiyyət müşahidə edilib”.

Lakin şöbə müdiri Ayaq Qərvənd kəndində dərslərin bərpa olunmadığını vurğulayıb.

“Həmin kəndin məktəbi ilə istinad divarı arasında məsafə 10 metrdir. İstinad divarı ilə ermənilər arasında isə 70 metr məsafə var. Həmin məktəbin şagirdləri 125, 97, 11 saylı orta məktəblər və 1 saylı Bahar kənd orta məktəbi arasında bölüşdürülüb. Məktəbin 124 uşağından 116-sı dərsə cəlb olunub. Digər şagirdlər haqqında məlumat yoxdur, yəqin ki onlar da olduqları ərazilərdə dərsə gedirlər. Amma rayonun digər məktəblərində şagirdlər artıq dərsə gəlirlər”.

Goranboy rayon Təhsil şöbəsinin müdiri Səxavət Mamedov bildirib ki, rayonun iki kəndində məktəblər hələ də dayandırılıb.

“Təmas xəttində gərginlik olan zaman 9 məktəbdə dərslər dayandırılmışdı. Onlardan 2-si - Tap və Tapqaraqoyunlu kəndləri təmas xəttinə yaxın və daim atəş altında olduğu üçün orada hələ ki tədris yoxdur. Həmin məktəblərin şagirdləri qohumlarının olduqları yerlərdə məktəblərə gedirlər. Digər 7 kənd - Zeyvə, Aşağı Ağcakənd, Yuxarı Ağcakənd, Qaraçinar, Şəfəq, Yenikənd, Qaraqucaq kəndlərində dərslər bərpa olunub. Sadəcə, şagirdlərin dərsə davamiyyəti zəifdir. Yəqin ki, birinci gündən bərpa olunar”.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı