Modern.az

Avtobus qəzasına görə cinayət işi açıldı

Avtobus qəzasına görə cinayət işi açıldı

Təhsil

8 Aprel 2016, 14:29

Bakının Nizami rayonu ərazisində 103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının və minik avtomobilinin toqquşması nəticəsində baş verən qəza ilə bağlı cinayət işi açılıb. Qəzanı törədən sürücünün hadisə yerindən qaçdığı müəyyən edilib.

Bakı Şəhər Prokurorluğundan Modern.az saytına verilən məlumata görə, faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

Bakının Nizami rayonu ərazisində 103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının və minik avtomobilinin toqquşması baş verib. Hadisə nəticəsində 9 nəfər xəsarət alıb, 1 nəfər qadın dünyasını dəyişib. Yaralılardan 7 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı