Milli Məclisin son iclasında deputat Elmira Axundova Mətbuat Şurasına əlavə səlahiyyətlərin verilməsi təklifi ilə çıxış edib. O bildirib ki, Milli Televiziya və Radio Şurasında olduğu kimi Mətbuat Şurasına da yalan və insanların şərəf, ləyaqətini alçaldan yazılar dərc edən mətbuat orqanlarını, saytları bir aylığa bağlanması səlahiyyətləri verilsin. Deputatın bu çıxışına Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovdan münasibət öyrəndik.
Ə.Amaşov Modern.az-a açıqlamasında bunun kifayət qədər diqqəti cəlb edən məsələlərdən olduğunu bildirib:“Biz istərdik ki, mətbuatın problemləri vars,a onların həllinə kompleks yanaşaq. Eyni zamanda mətbuat münasibətlərinə iqtisadi yöndə də baxmalıyıq. Ölkədə jurnalistlərin peşəkarlığının artması istiqamətində problemləri həll edə bilərik. Ölkədə jurnalistlərin peşəkarlığının artması üçün redaksiyaların iqtisadi durumları yüksək olmalıdır. Ümumiyyətlə, bu məsələlər kompleks öz həllini tapmalıdır”.
Ə.Amaşov qeyd edib ki, deputat Elmira Axundova tərəfindən araşdırılmalı, təhlillər aparılmalıdır.
“Necə fayda bilər ki, jurnalistlərin peşəkarlığının artmasına xidmət etsin, ayrı-ayrı insanların şərəf və ləyaqəti alçaldılmasın, insanların şəxsi həyatlarına müdaxilə edilməsin, jurnalistlərin peşə qaydaları prinsiplərinə əməl olunsun. Bunu düşünməliyik, götür-qoy etməliyik ki, əməli addımlar ata bilək. Çox güman ki, onlardan biri də Milli Məclsidə qaldırılan məsələ ola bilər. Lakin buna kompleks yanaşsaq effektivli ola bilər. Yoxsa bunları biri-birindən ayırmaqla nəyə nail olacağıq? Jurnalistikanın maddi-texniki bazasını yüksəltmədən, onun peşəkarlığının artması ilə bağlı addımlar atmadan belə məsələni gündəmə gətirsək nə dərəcədə effektli olar? Bu məsələlərin geniş müzakirəsinə ehtuiyac var”.
Aytən ZƏHRA