Modern.az

“Ermənistan meyitlərini bir-bir ortalığa çıxarmağa məcbur qalıb”

“Ermənistan meyitlərini bir-bir ortalığa çıxarmağa məcbur qalıb”

Təhsil

8 Aprel 2016, 15:43

Aprelin 5-də hərbi əməliyyatların dayandırılması barədə razılaşmadan sonra Ermənistan tərəfi itkiləri haqqında biri-birini təkzib edən, fərqli  rəqəmlər açıqlamağa başlayıb.

Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, razılıq əldə ediləndən sonra düşmən tərəfi həlak olan hərbçiləri barədə mütəmadi olaraq məlumatlar yaymaqla Azərbaycan tərəfini atəşkəsi pozmaqda günahlandırmağa cəhd göstərir.

“Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Azərbaycan tərəfi tam riayət edir.

Qarşı tərəfin itkilər barədə davamlı məlumatlar verməsinin iki səbəbi ola bilər. Onlar ya gizlədə bilmədikləri əsgər meyitlərini bir-bir ortalığa çıxarmağa məcbur qalıblar, ya da cəbhədə bir neçə gün davam edən döyüş toqquşmaları, gərginlik  nəticəsində düşmən ordusunda yaranmış hərc-mərclik, intizamsızlıq və psixoloji stresslər ucbatından baş verən ölüm hallarıdır”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı