Modern.az

25 illik müharibənin üç günlük əks-sədası

25 illik müharibənin üç günlük əks-sədası

Təhsil

8 Aprel 2016, 16:48

Əlimusa İbrahimov

Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru,

Politoloq

Azərbaycan Respublikası ilə Ermənistan arasında atəşkəs rejimi formal olaraq 1994-cü ildən qüvvədədir. Bu müddət ərzində bu rejimin dəfələrlə qarşılıqlı pozulmasına,  hər iki tərəfdən onlarla dinc əhali və hərbi xidmətçilərin həyatlarını itirilməsinə baxmayaraq dünya ictimaiyyətinə atəşkəs kimi təqdim edilirdi.Çünki münaqişənin nizamlanması ilə məşğul olan qüvvələrə belə daha rahat idi. Amma üç gün bundan qabaq hər şey dəyişdi. Dondurulmuş münaqişə birdən –birə yeni mərhələyə qədəm qoydu. Qəhrəman Azərbaycan əsgəri qarşısında duran bütün sədləri yararaq 25 illik qarşıdurmaya yeni nəfəs gətirdi. Dünya dövlətləri bir daha əmin oldular ki, bu münaqişə dondurulmayıb.

Münaqişənin birdən-birə yenifazaya keçməsi, Rusiya faktoru, millətimizin Qarabağ münaqişəsinin həllinə bəslədiyi ümidlərin güclənməsi ətrafında mütəxəssislərin mülahizələri davam edir. Bütün bunlara toxunmazdan əvvəl qeyd etmək istərdim -Azərbaycanın haqq səsi bu gün daha ucadan eşidilir və daha çox dövlət tərəfindən qəbul edilir.

Dünən hər vasitələrlə ermənilərə qahmar çıxanlar bu gün ya susub, ya da dodaqaltı mızıldanaraq etiraf edirlər ki, Azərbaycan haqq işi üçün mübarizə aparır . Artıq düşmənlərimiz belə başa düşürlər ki, torpaqlarımızın qaytarılacağı gün uzaq deyil. Təbii ki, Azərbaycan bu günə gəlib çatmaq üçün 25 il həyatın bütün sahələrində mübarizə aparmışdır. 25 il daxildə iqtisadiyyat, hərbi sənaye, dövlət quruculuğu, xaricdən istiqamətləndirilən daxili qüvvələrə qarşı döyüş, inkişafımızı gözü götürməyən bədxahlara qarşı təbliğat və təşviqat kompaniyaları – bütün bunlar bu günkü  qləbəmizi təmin etdi. Bu təkcə pul verib modern silah almaqla bitən bir məsələ deyildi. Bu yeri gəldi gəlmədi şüarlar səsləndirməklə də olmazdı. Təsəvvür edək -cəmi 3 ay bundan qabaq əsaslandırılmamış ittihamlarla bizi günahlandıran qüvvələr indi bizim haqq işimizi müdafiə edir. Budur dövlətçilikdə qazanılan uğur, budur Xarici siyasətimizin qələbəsi. Təbii ki, müharibə kim tərəfindən dəstəklənir, kimə sərf edir, nə üçün indi baş verdi və sair haqqında polemika davam edir. Bütün bunlar haqqında müəyyən bir fikrə gəlmək üçün bu üç günün kimə hansı dividend gətirdiyini aydınlaşdıraq.

Dolayısa yolla münaqişəyə cəlb olunan tərəfləri nəzərə almsaq bu münaqişədə üç tərəf üz-üzə dayanıb. Azərbaycan- Ermənistan və Rusiya. Rusiya burada bir-birinə zidd məqsədlərlə həm Azərbaycan,  həm də Ermənistanın qarşısındadır. Amma bu dəfə rollar dəyişib. Rusiyanı tənqid etmək missiyası 25 ildən sonra Ermənistana keçdi. 25 il arxasında dayandığı Rusiya bu gün Ermənistanın 2-ci nömrəli düşməninə çevrilib (Təbii ki, birinci yerdə Azərbaycan gəlir).

Bu erməni xislətidir. Belə də olmalıdır. Biz hələ Rus qoşunlarının Azərbaycan kömək etməsi kim sərsəm fikirləri də eşidəcəyik bu ermənilərdən. Onların xəyanətləri kimi fantazyalarının da sərhədsiz olduğunun dəfələrlə şahidi olmuşuq. Rusiyanın bu üç günlük müharibədə fəaliyyəti bəlkə də fəaliyyətsizliyi oldu. Ənənələrinin ziddinə gedərək ilk iki gün ermənilərin uğursuzluqlarının qarşısını almaq üçün ciddi təşəbbüs göstərmədi. Vəziyyətin ermənilər üçün daha açınacaqlı olaçağını qabaqcadan hiss edən Putin düyməni basdı. Azərbaycan tərəfi nə qədər çətin olsa da döyüşü birtərəfli qaydada dayandırdığını bəyan etdi və ermənilər xilas olundular. Amma müvəqqəti.

 Bütün istiqamətlərdən nəzər saldıqda Azərbaycan tərəfi bu qısamüddətli vuruşda ən çox uğur qazanan tərəf oldu. Şəhidlərimiz var , igidlərimizin qanı tökülüb. Amma bu qan yerdə qalmayıb. Bu qan ermənilərə çox baha başa gəldi.  Bu hələ başlanğıcdğr, uzun uzadı yolun başlanğıcı. Digər tərəfdən üç günlük qısa bir döyüş millətimiz üçün böyük bir dərs verdi. Biz Qarabağı qaytarmaq iqtidarına malikik. Qarabağ sözün əsil mənasında bızım yolumuzu gözləyir. Biz sindromları sındırırıq. Rusiya daha bizim qarşımızda maneə deyil.

Ali Baş Komandanımız törpaqlarımızı azad etmək uğrunda daim mübarizədədir. Hərbi qüvvələrimiz üzərlərinə düşən vəzifələri yerinə yetirmək əzmindədir. Təbii ki, ermənistan bu münaqişə və mübarizədə ikinci tərəfdir. 3 günlük döyüşlərdə ən çox ziyan da bu qəsbkar dövlətə dəydi. Onun üçün 25 illik özbaşnalığn hesabını vermək zamanı gəldi. Erməni hərbi birləşmələri qorxaq, xain, xəyanatkar, nankor obrazlarına geri döndülər. Şanlı Azərbaycan ordusunun təzyiqi altında. Ən sədaqətlə tərfdaşı olan Rusiya belə bu gün onun arxasını boş buraxdı. Bu bir siqnal idi xaylar üçün. Dəhşətli bir fəlakətin üzərlərində əsməsinin siqnalı. Onlara işarə olunurdu ki, sizi çox açınacaqlı günlər gözləyir, acından qırılacaqsınız. Yeməyə çörək tapmayacaq, qışda soyuq sizi donduracaq. Onda Böyük Ermənistanı ideyası ilə nə edəcəksiniz? Təbii ki, millətinizin adı yadınızdan çıxacaq həmən vaxt. Rusiyaya qarşı üz çevirə bilməyəcəksiniz o zaman. Törətdiyiniz əməllərin cavabını almaq təhlükəsi damokl qılıncı kimi asılacaq başınızın üzərində. Beləcə silinəcəksiniz tarix səhnəsindən yavaş-yavaş.  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı