Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının sədri İlham Məmmədov bir qrup partiya fəalları ilə Tərtər rayonunun Qapanlı kəndində vətəndaşlarla görüşüb.
Modern.az saytının xəbərinə görə, deputat İ.Məmmədov düşmənin növbəti dəfə təxribatı nəticəsində mülkü əhalinin düşmən tərəfindən atılmış mərmilər nəticəsində dağılaraq acınacaqlı bir vəziyyətə düşdüyünü, kəndin infrastrukturuna küllü miqdarda ziyan dəydiyini, komunikasiya xətlərinin dağıldığının şahidi oldu.İlham Məmmədov Qapanlı kəndində olarkən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun şəxsən iştirakı ilə kənddə mərmilərin düşməsi nəticəsində dağılmış yolların, işıq, qaz, su xətlərinin yenidən bərpası istiqamətində operativ işlər görülürdü. Düşmən tərəfindən həm maddi həm də mənəvi zərər çəkmiş, təziqə məruz qalmış kənd sakinləri ilə görüşən Millət Vəkili baş verən hadisələrə baxmayaraq əhali arasında olan ruh yüksəkliyini, vətənpərvərlik hissini yüksək qiymətləndirdi. Beləki müharibə şəraiti olmasına baxmayaraq heç kəs kəntdən öz şəxsi evlərindən, həyətindən çıxmamış, hətta evi atılan mərmilərin zərbəsindən yansa , dağılsa belə qonşusuna, həyətində yerləşən digər kiçik tikililərə sığınaraq doğma torpaqlarını tərk etməmişlər.
Kənd sakinləri İlham Məmmədovla fərdi və toplum qaydada görüşüb söhbət apararaq bildirdilər ki, biz qüdrətli ordumuza Ali Baş Komandanımıza güvənirik. Son günlər gedən döyüşlərdə bir daha ölkəmizin və Azərbaycan ordusunun nəyə qadir olduğunun şahidi olduq.
“Bura bizim Vətənimizdir. Doğma torpaqlarımızdan düşmənləri qovmaq üçün hər an Prezidentimizin yanındayıq. Biz ona inanır, ona güvənirik”. Sakinlərlə söhbəti zamanı çıxış edən İlham Məmmədov bildirdi ki, bir Millət Vəkili olaraq Sizinlə qürur duyuram. İnşallah ən qısa zamanda Möhtərəm Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. 20 faiz işğal altında olan torpaqlarımız cənab Prezidentin apardığı uğurlu siyasət nəticəsində istər danışıqlar yolu ilə, istərsə də müharibə yolu ilə düşmən tapdağından azad olunacaq. Biz buna inanırıq.
Qələbə günü çox yaxındadır.
Modern.az