Modern.az

Təmas xəttində qalan hərbçimizin cəsədi götürüldü

 Təmas xəttində qalan hərbçimizin cəsədi götürüldü

Təhsil

8 Aprel 2016, 23:28

 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan şöbəsinin əməkdaşları Dağlıq Qarabağın şimalında yerləşən Talış kəndinin yaxınlığında qoşunların təmas xəttində həlak olan 7 hərbçinin cəsədini götürüblər. Modern.az saytı xəbər verir ki, bu barədə “Qafqazinfo”nun Rusiya mətbuatına istinadən məlumat yayıb.

Məlumata görə, Azərbaycan hərbçiləri aprelin 2-sivə 4-də Talış qəsəbəsi ətrafında iki dəfə düşmənin müdafiəsini yararaq Talışı tuta biliblər. Bu ərazidə xeyli sayda hərbçi həlak olub.  

Yerli vaxtla saat 15:00-da qoşunların təmas xəttindəki postlardan birinə BQXK-nın hər iki tərəfdən nümayəndələri gəliblər.  

BQXK-nın erməni əməkdaşları Azərbaycan tərəfinə təhvil vermək üçün həlak olmuş bir hərbçinin cəsədini gətiriblər. Onların vasitəçiliyi ilə Azərbaycan tərəfindən həlak olmuş 6 hərbçinin cəsədi götürülüb.  

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün yaydığı açıqlamada ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçiriləcəyini söyləmişdi.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı