Modern.az

Şəhidimiz bu gün dəfn olunacaq

 Şəhidimiz bu gün dəfn olunacaq

Təhsil

9 Aprel 2016, 00:44

 

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən son döyüşlərdə Qusar rayonu da şəhid verib. Modern.az saytı xəbər verir ki, bu barədə Qusar icra başçısının müavini Elman Mustafayev anspress-ə məlumat verib.

Məlumata görə, son döyüşlərdə rayonun Cağarqışlaq kəndindən olan, 20 yaşlı Əmiraslan Xəlil oğlu Xeyrbəyov qəhrəmancasına Vətən yolunda şəhid olub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar şöbəsinin rəisi Nicat Həsənov əsgər Əmiraslan Xeyirbəyovun cənazəsinin sabah (Bu gün- red.) səhər səkkiz radələrinədək rayona gətiriləcəyini, onun doğulduğu Cağarqışlaq kəndində dəfn ediləcəyini bildirib.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı