Modern.az

Milli Məclisin növbəti iclasına 8 məsələ daxil edildi

Milli Məclisin növbəti iclasına 8 məsələ daxil edildi

Təhsil

11 Aprel 2016, 11:10

Milli Məclisin aprelin 15-də keçiriləcək iclasının gündəliyi məlum olub. Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında bildirib ki, iclasın gündəliyinə 8 məsələ daxil edilib.

“Bunlar “Mərkəzi Seçki Komissiyası üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” sənəd, Hesablama Palatasının 2015-ci il üzrə hesabatı, “Azərbaycan höküməti ilə Birləşmiş Ərəb Əmirlikləri höküməti arasında dəniz nəqliyyatı üzrə institsional əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsi, “Sosial sığorta haqqında” qanun layihəsi, “Əhalinin sağlmalığının qorunması haqqında” qanun layihəsi, İnzibati Xətalar Məcəlləsinə, Mülkü Prosessial Məcəlləyə dəyişiklər edilməsidir”.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı