Modern.az

“Onlar da hədiyyə gözləyirlər...”

“Onlar da hədiyyə gözləyirlər...”

Təhsil

28 Dekabr 2010, 16:58


“Azercell Telekom” MMC-nin təşəbbüsü ilə keçirilən “Onlar da hədiyyə gözləyirlər...” layihəsi başa çatdı. Layihə çərçivəsində 320 uşaq Yeni il bayramının sevincini yaşadı. Layihə çərçivəsində kimsəsi olmayan, valideyn himayəsindən məhrum olmuş uşaqları məhz özlərinin əvvəlcədən arzuladıqları hədiyyələri aldılar.

“Azercell Telekom” MMC dekabrın 28-də Landmarkın “Rotunda” zalında uşaq evlərinin sakinləri üçün möhtəşəm Yenil il bayramı təşkil etdi. Tədbirdə uşaqların öz istəyi əsasında toplanan hədiyyələr paylandı. Şənliyə bu hədiyyələri alan şəxslər də dəvət edilmişdi. Onlar özləri aldıqları hədiyyələri uşaqlara hədiyyə etdilər.

Qeyd edək ki, bu hədiyyələr “Park Bulvar” alış-veriş mərkəzinin təmənnasız ayırdığı yerlərdə qoyulan 3 şam ağacından asılmışdı. Bu ağacların üzərindəki hədiyyələr təsadüfən seçilməmişdi. Şirkət əməkdaşları uşaqların hər birindən istədiyi hədiyyəni öyrənib, onları ağacın üzərindəki rəngarəng yeni il oyuncaqlarının üzərinə yerləşdirmişdilər.

“Azercell Telekom” MMC “Onlar da hədiyyə gözləyirlər...” layihəsinə qatılan və uşaqların istəklərinə uyğun hədiyyə alıb, bu bayramı unudulmaz sevincə çevirən hər bir şəxsə minnətdarlığını bildirir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə