Çeçenistanda estrada mahnıları təftiş olunacaq...
Çeçen Respublikasının başçısı Ramazan Kadırov Mədəniyyət Nazirliyi nəzdində estrada müğənnilərinin və mahnı müəlliflərinin yaradıcılığını analiz edəcək ekspert şurası yaradıb.
Bu barədə qərar müasir çeçen estradasının problemləri ilə bağlı yaradıcı ziyalıların prezidentlə keçirilmiş görüşü zamanı verilib.
Kadırov bildirib ki, ani populyarlıq qazanmaq üçün müğənnilər milli mentalitetə uyğun olmayan mahnılar oxuyurlar. “Bu xüsüsən yeni oxumağa başlayan gənc müğənnilərə və bəstəkarlara aiddir”.
“Bizim uşaqların estradada böyüklərin sevgi münasibətləri barədə oxuduqları mahnılar mənim üçün anlaşılmazdır. Onlar vətənə, yaxınlarına, valideynlərinə, nəhayət heyvanlara məhəbbətdən bəhs edən mahnılar oxumaqdansa, sevgi barədə oxuyurlar. Bunu eşitmək ürəkbulandırıcı olmaqla yanaşı, bütün çərçivələrdən kənara çıxır”-deyə dövlət başçısı qeyd edib.