Modern.az

Azərbaycan ədəbiyyatının 50-60 %-i latın qrafikasına keçirilib

Azərbaycan ədəbiyyatının 50-60 %-i latın qrafikasına keçirilib

Təhsil

29 Dekabr 2010, 14:15

“Azərbaycan ədəbiyyatının kiril qrafikalı əlifbadan latın qrafikalı əlifbaya keçirilməsi prosesi hələ davam edir”. Bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu Modern.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, keçid prosesi uzun müddətli olduğu üçün onunla əlaqədar xüsusi dövlət proqramı var və proqram çərçivəsidə ədəbiyyat nümunələrinin kiril əlifbasından latın qrafikasına keçidi prosesi davam edir.
Ə.Əsgəroğlu deyib ki, keçid prosesi daha çox klassik ədəbiyyatı əhatə edib. Artıq Azərbaycan ədəbiyyatının təqribən 50-60 %-i latın qrafikasına keçirilib. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Seyyid Əzim Şirvani və bu kimi klassik şairlərimizin kitabları bütövlükdə latın qrafikasına tərcümə olunub.
“Bunlarla yanaşı, Yazıçılar Birliyinin tərcümə ədəbiyyatı, digər klassik şair və yazıçıların, eləcə də XX əsr ədiblərinin ktabları da mütləq latın qrafikasında çap olunmalıdır”.

Ə.Əsgəroğlu deyib ki, Səməd Vurğun, Qabil kimi bir çox şair və yazıçıların kitabları onların öz övladları və yaxınları tərəfindən latın qrafikasında çap edilib.

“Prosesin nə vaxt başa çatacağına gəlincə isə deyə bilərəm ki, bu uzun bir prosesdir. Dövlət bu iş üçün lazımı maliyyə vəsaiti ayırıb. Ola bilsin ki, proses gec başa çatsın, ancaq düşünmürəm ki, yarımçıq qalsın”.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə