Modern.az

“İsrail prezidentinə dedim ki, Türkiyə ilə dostluq bərpa olunmalıdır”

“İsrail prezidentinə dedim ki, Türkiyə ilə dostluq bərpa olunmalıdır”

Təhsil

13 Aprel 2016, 14:31

İsraillə Türkiyənin yaxınlaşması Ermənistan tərəfindən böyük qısqanclıqla yanaşılır.

Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun rəhbəri Yevda Abramov Modern.az-a açıqlamasında hər iki dövlətin yaxınlaşmasının tərəfdarı olduğunu deyib.

“İsrail-Türkiyə yaxınlaşmasını, dostluq qrupunun rəhbəri, Azərbaycan vətəndaşı, Azərbaycanın Türkiyəyə sevgisi olan adam kimi hər zaman dəstəkləmişəm. Bu yaxınlarda parlamentin bir sıra deputatları ilə - Səməd Seyidov, Asim Mollazadə, Sevinc Fətəliyeva ilə birgə İsrailin prezidenti, parlament üzvləri ilə görüşdük.

İsrail prezidenti ilə görüşdə iki dövlətin yaxınlaşması məsələsini qabardaraq dedim ki, bölgədə İsrail ilə Türkiyənin dostluğu nə bahasına olursa-olsun bərpa olunmalıdır. Çünki Cənubi Qafqaz bölgəsində tarazlıq pozulub. Bu  gün beynəlxalq münasibətlərin konteksində bu tarazlığı balanslaşdıra biləcək yeganə güc, qüvvə İsrailin Türkiyə ilə barışması ola bilər”.

Deputat iki dövlətin yaxınlaşmasında Ermənistanın  narahatlığını dilə gətirərkən vurğulayıb ki, bir sıra ölkələrin aktiv iştirakı Qarabağ məsələsinin uğurla başa çatmasında katalizator rolunu oynaya bilər.  

“Onsuz da cəbhədəki 1-4 aprel hadisələri Ermənistan hökumətini İsrail dövlətinə qarşı qıcıqlandırıb.

Burada bir neçə bədxah ölkələr deyir ki, Azərbaycanın atdığı addımlarda Türkiyə izi var. Ona görə də Cənubi  Qafqazda bu məsələlərin həllində bir sıra ölkələrin aktiv iştirakı, dövlət rəsmilərinin açıq münasibət bildirməsi hadisələrin müvəfəqqiyyətlə başa çatması üçün katalizator ola bilər.

Məqamdır ki, bu çətin vaxtda İsrail Türkiyənin yanında olsun. İsrail dövləti nə qədər Türkiyə dövlətinə lazımdırsa, Türkiyə dövləti də o qədər İsrailə lazımdır.  

Bu gün turizm sahəsində Türkiyə çox şey itirib. Rusiyadan gələn turistlərin Türkiyə bazarında əldən getməsi İsrail dövləti üçün yeni imkanlar açır. Bu sahədəki boşluğu  İsrail dövləti doldura bilər”.

Namidə BİNGÖL


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı