Modern.az

Azərbayanda dağılan ailələrin sayı AÇIQLANDI

Azərbayanda dağılan ailələrin sayı AÇIQLANDI

13 Aprel 2016, 14:44

"Respublika üzrə qeydiyyat orqanlarında 2014-cü ildə 85 747 nikah, 12 290 boşanma, keçən il isə 68 985 nikah, 12 886 boşanma qeydə alınıb".

Modern.az xəbər verir ki, bunu Nərimanov rayonunun Qeydiyyat şöbəsinin rəisi Səadət İsmayılova Milli Məclisdə "Ailə institununun formalaşmasında adət -ənənələrimiz" mövzusunda keçirilən iclasda deyib.

O bildirib ki, boşananların sayının statistikası rəsmi nikaha girməyin vacibliyini bir daha aşkara çıxarır: "Aydındır ki, dini nikahla ailə quranlar ayrılarkən hüquqi müstəvidə ciddi problemlərlə üzləşirlər. Xüsusilə də mülkiyyət münasibətlərinin aydınlaşdırılması zamanı ciddi anlaşılmazlıqlar. mübahisələr, məhkəmə çəkişmələri meydana çıxır".

Şöbə rəisi onu da qeyd edib ki, ailə münasibətlərinin rəsmi nikah əsasında qurulması həm də evlilikdən əvvəl gənclər arasında gələcək ailə münasibətlərinin planlaşdırılması baxımından əhəmiyyətlidir: “Bu baxımdan rəsmi nikaha girməklə yanaşı, nikah müqaviləsinin imzalanmasının əhəmiyyətini də xüsusi qeyd etmək lazım gəlir.

Azərbaycanda bəzən belə fikirlər səsləndirilir ki, nikahın rəsmiləşdirilməsi, eləcə də nikah müqaviləsinin imzalanması guya ülvi, saf duyğuların maddiləşdirilməsi, gələcəyin ailəsində inamsızlıq və şübhə simptomlarının baş qaldırması deməkdir. Əslində isə bu məsələyə hüquqi və sosial reallıqlar prizmasından yanaşmaq düzgündür.

Ölkədə bəzi hallarda gəlinin mənzilə, evə qeydiyyata düşməməsi yaşayış və mülkiyyət hüququ əldə edə bilməməsi üçün bəzən onun öz həyat yoldaşı ilə rəsmi nikaha girməsinə problemlər yaradılır. Nikah müqaviləsi imzalamağı milli mentalitetə sığışdırmayanlar bəzən boşanma zamanı aylarla məhkəmələrdə çəkişirlər"- deyə qurum rəsmisi əlavə edib.

S. İsmayılova ailə quranlar arasından rəsmi nikahın olmamasının əsas səbəblərindən biriniz məhz erkən nikahlar olduğunu xatırladıb.  

Ağa AKİFOĞLU    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi