Modern.az

Rafael Cəbrayılov şikayətləri dinlədi - FOTO

Rafael Cəbrayılov şikayətləri dinlədi - FOTO

13 Aprel 2016, 17:13

46 saylı Şirvan Seçki dairəsindən Milli Məclisə deputat seçilən Rafael Cəbrayılov Şirvan şəhərində seçicilərlə növbəti görüşünü keçirib.

Mütəmadi olaraq seçicilərlə görüşən Rafael Cəbrayılov bu dəfə də bir çox seçicilərin şikayət və təkliflərini dinləyib.

Seçicilər tərəfindən olunan müraciətlərdə əsasən bank kreditlərinin qaytarılmasında yaranan çətinliklər, işsizlik və sosial xarakterli müraciətlər üstünlük təşkil edib.

Rafael Cəbrayılov bütün müraciətləri dinlədikdən sonra, sualları cavablandırıb.

Qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev daima əhalinin az təminatlı ailələrinin sosial durumunun daha da yaxşılaşdırılması məqsədilə təxirəsalınmaz tədbirlər görür və bu istiqamətdə aidiyyatı orqanlara müvafiq tapşırıqlar verir. Hətta bununla bağlı Milli Məclisdə bir sıra qanunlar qəbul olunması, bəzi qanunlara isə əlavə və dəyişikliklərin edilməsi haqqında seçiciləri məlumatlandırıb.

Hər zaman olunan müraciətlərə xüsusi həssaslıqla yanaşan deputat, bəzi müraciətlərin daha tez müsbət nəticəsi olması məqsədilə müxtəlif  istiqamətlərdə Şirvan seçicilərinə məsləhətlər verib. 

Rafael Cəbrayılov daha sonra olunan bütün müraciətlərin həlli istiqamətində deputat səlahiyyətləri çərçivəsində kömək edəcəyini, bununla bağlı aidiyyatı orqanlar qarşısında məsələ qaldıracağını bildirib.


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir