Modern.az

Prezident Bakıda yeni inşa olunan körpü-tunelin açılışında olub

Prezident Bakıda yeni inşa olunan körpü-tunelin açılışında olub

Təhsil

29 Dekabr 2010, 22:39

Dekabrın 29-da Prezidenti İlham Əliyev paytaxtda yeni inşa olunan yol-nəqliyyat kompleksi obyektinin açılışında iştirak edib. (AzərTAc) Dövlət başçısı əvvəlcə Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində yerləşən yol qovşağı və tunelin açılışına gəlib. Nəqliyyat naziri Ziya Məmmədov qovşağın texniki göstəriciləri barədə məlumat verib. Bildirilibi ki, tikintisinə 2010-cu ilin martında başlanılan tunel tipli yol qovşağı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sifarişi ilə inşa olunub.
Avtomobil tuneli Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində nəqliyyatın hərəkətinin tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması və piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Qeyd olunub ki, tunelin ümumi uzunluğu 284 metr, eni 22,5 metr, hündürlüyü isə 5 metrdir. Tunelin qapalı hissəsinin uzunluğu 45 metr, giriş və çıxış yollarının uzunluğu 239 metrdir. Yan yolların uzunluğu isə 720 metrə çatır. Yol qovşağının Fətəli Xan Xoyski prospekti istiqamətində uzunluğu 560 metr, eni 7 metr, Koroğlu Rəhimov küçəsi istiqamətində isə uzunluğu 160, eni isə 24 metrdir.

Prezident İlham Əliyev tunelin inşa olunduğu ərazinin əvvəlki və tikintidən sonrakı vəziyyətini əks etdirən fotostendə baxıb. Bildirilib ki, inşaat işləri görülərkən bəzək məqsədi ilə ümumilikdə 4 min kvadratmetr qranit və mərmərdən istifadə edilib. Ərazidə yaşıllıqlar salınmış, dekorativ ağac və gül kolları əkilib. Tikinti zamanı burada 150-yə yaxın işçi çalışıb. Tuneldə avtomobillərin hərəkəti əks istiqamətli 6 zolaqda tənzimlənir. Tuneldə yağış və qrunt sularının axıdılması üçün drenaj xətləri də inşa olunmuş, müasir işıqlandırma sistemi qurulub.

 

 

 


Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə