Modern.az

Serj Sarkisyan dilənməyə gedib

Serj Sarkisyan dilənməyə gedib

24 Oktyabr 2009, 23:40

Oktyabrın 24-də Ermənistan prezidenti Serj Sarkisyan iki günlük işçi səfərlə Moskvaya gedib. Modern.az BBC-yə istinadən xəbər verir ki, Ermənistan prezidenti ilə birgə Rusiya paytaxtına Dağlıq Qarabağın erməni icmasının rəhbəri Bako Saakyan və Ermənistan parlamentinin sədri Ovik Abramyan da gedib.

 

Qeyd edək ki, Serj Sarkisyan həm də "Hayastan" ümumerməni fondunun hamilər şurasının rəhbəridir. Dağlıq Qarabağ ermənilərinin başçısı Bako Saakyan isə həmin fondun hamilər şurasının üzvüdür.

 

Bu səfər gedişində Ermənistan prezidenti və parlament spikeri, habelə Bako Saakyan Moskvada "Telemarafon-2009" adlı tədbirdə içştirak edəcəklər. 
Bu tədbir çərçivəsində erməni xalqı üçün ianələr yığılır. Belə demək olar ki, "əzabkeş xalq"ın rəhbərləri yenə rusların yanına dilənməyə gediblər. 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir