Modern.az

Almaniyada Qarabağ müzakirəsi - FOTO

Almaniyada Qarabağ müzakirəsi - FOTO

Təhsil

14 Aprel 2016, 15:00

 

Bugün Almaniyada fəaliyyət göstərən Almaniya Türk Ocağı təşkilatının təşəbbüsü ilə “Karabağ məsələsi” mövzusunda müzakirələr aparılıb.

Dünya Azərbaycanlıları Assambleyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  Almaniya Türk Ocağının Köln Ehrenfelddə yerləşən ofisində təşkilat edilən müzakirəyə Alman Azərbaycan Mədəniyyət Evinin İcraçı direktoru, Dünya Azərbaycanlıları Assambleyasının Təşəbbüs qrupunun rəhbəri Rəşad Quliyev də qatılıb.

Tədbiri giriş sözü ilə açan Burak Murat Görmez son zamanlar Qarabağ bölgəsində baş verən hadisələrdən danışıb:

"Qarabağ bölgəsində yaşanan olaylar hər kəs kimi bizi də narahat edir. Azərbaycanın torpaqlarının işğalının davam etdiyi bir zamanda bu məsələyə biganə qala bilməzdik. Almaniyada yaşamağımıza baxmayaraq bu məsələ bizləri də ciddi narahat edir və düşünürəm ki, biz bu hadisələrə səssiz qalmamalıyıq".

Daha sonra çıxış edən Rəşad Quliyev ilk növbədə belə bir tədbir üçün təşəbbüs göstərdiklərinə görə Almaniya Türk Ocağının rəhbərliyinə öz minnətdarlığını bildirib.

R.Quliyev ilk olaraq ermənilərin 19-cu əsrin sonlarından etibarən köçürülmə siyasətindən danışıb:

"Bir xəstəliyin müalicəsi üçün ilk növbədə onun yaranma səbəblərinə baxılmalı, diaqnoz düzgün qoyulmalıdır ki, bu problem həll edilsin. Qarabağ məsələsi də bucür məsələdir. Bu məsələyə ədalətli və hüquqi mənada düzgün yanaşılmasa bu problemi həll etmək mümkünsüz olacaq".

Daha sonra işğalçılıq, ermənilərin və 366-cı alayın Xocalıda törətdikləri qeyri insanı vəhşiliklərdən danışan R.Quliyev bugün  dünya birliyindən, beynəlxalq təşkilatlardan gözlədiyimiz bir məsələnin olduğunu diqqətə çatdırıb:

"Bu məsələ də odur ki, burda beynəlxalq qurumların çıxardığı qərar və qətnamələr icra olunmalıdır. Əgər qarşı tərəf beynəlxalq hüququ saymırsa, bunu hər kəsin gözü önündə tapdalayırsa o zaman adekvat addım atmaq üçün digər yollara əl atmağa məcbur olurq. Azərbaycanın rəhbərliyi, əsgəri və toplumu ədalətlidir və sülhsevərdir. Ancaq biz torpaqlarımızın işğalı ilə barışmayacağıq. Necə ki, bugün gördüyünüz kimi hər kəs zənn edirdi ki, 22 illik atəşkəs rejimindən sonra insanlar Qarabağ məsələsinə laqeyid yanaşacaqlar, Qarabağ artıq oranı tanımayan , görməyən gənclər üçün unudulmuş bir məkandır, ancaq qərəmanlıqla şəhid olan gənclərimiz, şəhidləri dəfn etməyə çıxan on minlərlə insan sübut etdi ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Biz beynəlxalq hüququn bərpa olunmasını istəyirik. Xalqımız, diasporamız, Ali Baş Komandan İlham Əliyevin, ordumuzun komandanı , nazirimiz  Zakir Həsənovun arxasındadır. Bunu da hər kəs bilməlidir".

Tədbirdə Rəşad Quliyevə Kıbrıs Mücahitlər Dərnəyinin döş nişanı da təqdim olunub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı