Modern.az

Kommunistlər Nərimanovu yad etdilər

Kommunistlər Nərimanovu yad etdilər

Təhsil

14 Aprel 2016, 17:57

14 aprel 2016-cı il tarixində Azərbaycan Kommunist Partiyası Azərbaycan xalqının dahi oğlu, böyük mütəfəkkir alim, alovlu inqilabçı Nəriman Nərimanovun anadan olmasının 146-cı ildönümünü qeyd edib.

Partiyadan Modern.az-a verilən məlumata görə, tədbirə AKP MK RH-nin üzvləri, AKP Bakı şəhəri rayon komitələrinin rəhbər işçiləri, komsomolçular, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri, müharibə və əmək veteranları qatılıblar.   Tədbir N.Nərimanovun Bakı şəhərinin Yasamal rayonundakı abidəsi önündə keçirilmişdir. Tədbiri KPİ-Sov. İKP İcraiyyə Komitəsi Mərkəzi Şurasının üzvü, Azərbaycan KP MK-nın sədri Rauf Qurbanov açıb.  

Azərbaycan kommunistlərinin lideri təntənəli tədbirdə geniş məzmunlu çıxış edərək mitinq iştirakçılarına Nəriman Nərimanovun inqilabi fəaliyyətindən, onun Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb.  

O, həmçinin son zamanlar cəbhə bölgəsində atəşkəs rejiminin pozulmasından təəssüf hissi keçirdiyini bildirib.  

Vətən uğrunda şəhid olanların ailələrinə Azərbaycan kommunistləri adından dərin hüznlə başsağlığı verib və bu münaqişənin həllinin Leninin milli siyasət prinsiplərinə uyğun olaraq yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırıb.  

Bundan sonra Rauf Qurbanov dünyada baş verən hadisələrə və beynəlxalq imperializmin törətdiyi vəhşiliklərə də diqqət yönəldib. 

AKP MK sədri ABŞ başda olmaqla onun NATO üzrə müttəfiqi olan dövlətlərin heç bir demokratik prinsiplərə, beynəlxalq hüquqi normativlərə məhəl qoymadan müstəqil dövlətlərin daxili işlərinə qarışaraq onların suveren hüquqlarını pozmasını pisləmiş, azğınlaşmış imperializmin demokratiya pərdəsi altında XXI əsrdə apardığı müstəmləkə siyasətini kəskin tənqid edib.

Daha sonra mitinq iştirakçıları N.Nərimanovun abidəsi önünə AKP MK adından əklil və tər qərənfil dəstələri qoyublar. Nəriman Nərimanovun 146-cı ildönümü ilə əlaqədar tədbirlər AKP-nin fəaliyyətdə olan bütün rayon-şəhər təşkilatlarında da keçirilib.   

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı