Modern.az

Qarabağ ermənilərinə yardım edən iş adamına hökm oxundu

Qarabağ ermənilərinə yardım edən iş adamına hökm oxundu

Təhsil

14 Aprel 2016, 19:27


Rusiyada 700 min dollar mənimsəməkdə təqsirkar bilinən əslən Qarabağdan olan tanınmış iş adamı Levon Ayrapetyana hökm oxunub. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, Qarabağdakı separatçı rejimə də dəstək verənin işinə Moskvanın Zamoskvoretski məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə L. Ayrapetyan 4 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli koloniyada çəkəcək. 

Qeyd edək ki, prokuror ona 7 il iş istəmişdi.

Ayrapetyan “Başneft”in səhmlərinin satılması işi üzrə israfçılıq və pul vəsaitlərinin yuyulmasında ittiham olunur. O 2014-cü il iyunun 14-də “Domodedovo” hava limanında saxlanılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı