ABŞ prezidentliyinə Demokratlar Partiyasından potensial namizəd Berni Sanders özünün əsas rəqibi Hillari Klintonu “korporativ fahişə” adlandırmağı qadağan edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, beləliklə, siyasətçi tərəfdarlarından biri – həkim-terapevt Pol Sonqun bəyanatına reaksiyasını açıqlayıb.
Sonq Vaşinqtondakı mitinqdə deyib: “Bizdə ümumi tibbi sığorta əgər korporativ demokrat fahişələri prezident seçsək, olmayacaq”.
Onun mitinqdəki çıxışını 27 min nəfər eşidib. Sanders isə tərəfdarının bu fikrini qınayan xəbəri özünün Twitter səhifəsində yayıb: “Həkim Sonqun şərhi yolverilməz və yersizdir. Bizim siyasi diskussiyalarda belə danışıq tərzinə yer yoxdur”.
Sonq da sonradan sözlərinə görə üzr istəyib: “Mən “fahişə” ifadəsi işlətdiyimə görə üzr istəyirəm. Bu, yersiz idi”. RealClearPolitice resursunun məlumatına görə, qurultaya nümayəndələrin sayında Hillari Klinton liderdir. Onun hazırda 1758, Sandersin isə 1069 nümayəndəsi var. prezidentliyə namizədliyin irəli sürülməsi üçün 2383 nümayəndə lazımdır.
Modern.az