Modern.az

”Ən böyük xəyalım Türkiyə və Azərbaycanın tək dövlət olmasıdır” 3 İlkər Başbuğ

”Ən böyük xəyalım Türkiyə və Azərbaycanın tək dövlət olmasıdır” 3 İlkər Başbuğ

Təhsil

14 Aprel 2016, 23:48

 

Türkiyənin Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ Ərzurumda Atatürk Universitetindəki çıxışında maraqlı bəyanatlar verib. Modern.az saytı müsavat.com-a istinadən xəbər verir ki, ən böyük arzusundan danışan İlkər Başbuğ deyib ki, böyük arzusu Türkiyə və Azərbaycanın eyni dövlət olmasıdır: “Mənim ən böyük xəyalım Türkiyə və Azərbaycanın tək dövlət olmasıdır. Onsuz da “tək millət, iki dövlət” deyilmirmi? Bir-birimizlə tərcüməçi olmadan danışırıq. Amma mümkün deyil. İmkan verməzlər. Kaş ki, şərait uyğun olaydı”.

Türkiyə və Rusiya arasında müharibə ehtimalına münasibət bildirən İlkər Başbuğ bildirib ki, iki ölkə arasındakı gərginlik daha çox artmayacaq. Onun fikrincə, çılğınlıq olmasa, müharibə ehtimalı sıfıra bərabərdir.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı