Modern.az

İlham Əliyev xəstəxananın əsaslı təmirdən sonra açılışında iştirak edib

İlham Əliyev xəstəxananın əsaslı təmirdən sonra açılışında iştirak edib

Təhsil

30 Dekabr 2010, 13:21


Dekabrın 30-da Prezidenti İlham Əliyev Bakıdakı Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Xəstəxananın kollektivi dövlət başçısı və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıb, Mehriban  Əliyevaya gül dəstəsi təqdim edilib.

Prezident İlham Əliyev xəstəxananın əsaslı təmir və yenidənqurmadan sonra açılışı, Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə tibb işçilərini təbrik edib.

Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xəstəxanada görülmüş işlər haqqında ətraflı məlumat verib.

Xəstəxana ilə tanışlıqdan sonra dövlət başçısı və xanımı səhiyyə ocağının tibb heyəti ilə xatirə şəkli çəkdirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə