Modern.az

2010-cu ildə jurnalistlər dövlət qurumlarının mətbuat xidmətləri ilə necə işləyib? (Sorğunun nəticəsi)

2010-cu ildə jurnalistlər dövlət qurumlarının mətbuat xidmətləri ilə necə işləyib? (Sorğunun nəticəsi)

30 Dekabr 2010, 13:30

Jurnalistlərin dövlət qurumlarının mətbuat xidmətləri ilə əməkdaşlığının yüksək səviyyədə olması arzusu günümüzün aktual problemlərindəndir. Bir neçə il bundan əvvəl bu kimi problemlərin yaşanmasına səbəb olan dövlət qurumlarının sayı çoxluq təşkil edirdisə, son illər bu siyahıda azalma müşahidə olunur. AZADİNFORM yola salmaq ərəfəsində olduğumuz 2010-cu il ərzində bu əməkdaşlığın hansı səviyyədə olduğunu araşdırmaq üçün redaksiyalara müraciət edib.

Sorğuda 9 qəzet (“525-ci” qəzet, “Bizim yol”, “Kaspi”, “Azadlıq”, “Palitra”,  “Yeni Müsavat”, “Həftə içi”, “Ədalət”, “Bakı Xəbər”) 8 informasiya agentliyi (“Trend”, APA, “Turan”, “Olaylar”, “Səs”, “RiyadMedia”, “İnterfaks-Azərbaycan”, “Assa-İradə”), 5 xəbər portalı (“Modern.az”, “Lent.az”, “Mediaforum.az”, “Qafqazinfo.az”, “Vest.az”) 3 televiziya kanalı (“İctimai TV”, “Azad Azərbaycan”, “Lider”) iştirak edib.

Ümumilikdə münasibəti öyrənilən 25 KİV orqanının eyni sayda əməkdaşı ötən il ərzində media ilə daha sıx əməkdaşlıq edən və yaxud da bu əməkdaşlıqda maraqlı olmayan dövlət təşkilatları, QHT-lər və ali məktəblərin (ümumi sayları 74) MƏTBUAT XİDMƏTLƏRİnin adlarını açıqlayıb. Hər bir jurnalistin mövqeyi (adı, soyadı, vəzifəsi) www.azadinform.az saytının “Media” bölmündə 8 buraxılışla dərc olunub. Təşkilatların adlarını sorğuda iştirak edən jurnalistlərin özləri çəkib. Verilən cavablara AZADİNFORM heç bir məsuliyyət daşımır.  

Dövlət qurumlarının mətbuat xidmətləri

  1. Xarici İşlər Nazirliyi   19 səs
  2. Mərkəzi Seçki Komissiyası   19 səs
  3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi   19 səs
  4. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası   18 səs
  5. Dövlət Sosial Müdafiə Fondu  16 səs
  6. Gənclər və İdman Nazirliyi 15 səs - 1 səs passivliyinə görə (müsbət 14 səs)
  7. Dövlət Miqrasiya Xidməti 16 səs - 5 səs passivliyinə  (müsbət 11 səs)
  8. İqtisadi İnkişaf Nazirliyi 9 səs - 1 səs passivliyinə       (müsbət 8 səs)
  9. Daxili İşlər Nazirliyi 12 səs - 3 səs passivliyinə           (müsbət 9 səs)
  10. Təhsil Nazirliyi 9 səs - 3 səs passivliyinə                     (müsbət 6 səs)
  11. Nazirlər Kabineti 5 səs
  12. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  4 səs
  13. Milli Məclis    5 səs
  14. Respublika Baş Prokurorluğu  6 səs - 1 səs passivliyinə (müsbət 5 səs)
  15. Müdafiə Nazirliyi 6 səs - 1 səs passivliyinə (müsbət 5 səs)
  16. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 4 səs - 1 səs passivliyinə (müsbət 3 səs)
  17. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 səs
  18. Nəqliyyat Nazirliyi 6 səs - 4 səs passivliyinə (müsbət 2 səs )
  19. Bakı şəhər Baş Polis İdarəsi 2 səs
  20. Mərkəzi Bank 2 səs
  21. Səhiyyə Nazirliyi 19  səs - 17 səs passivliyinə                          (müsbət 2 səs)
  22. Fövqəlada Hallar Nazirliyi 12 səs - 10 səs passivliyinə             (müsbət 2 səs)
  23. Ədliyyə Nazirliyi 4 səs -  3 səs passivliyinə                               (müsbət 1 səs)
  24. Diasporla İş üzrə Dövlət Komitəsi 2 səs - 1 səs passivliyinə     (müsbət 1 səs)
  25. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2 - 1 səs passivliyinə (müsbət 1 səs)
  26. Dövlət Neft Şirkəti 1 səs
  27. Penitensiar Xidmət 1 səs
  28. Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu  6 səs
  29. “Azərenerji” ASC 6 səs - 1 səs passivliyinə (müsbət 5 səs)
  30. QHT-lərə Dövlət Dəstəyi Şurası 4 səs
  31.  “Azərbaycan Dəmir Yolları” QSC 1 səs
  32. Dövlət Gömrük Komitəsi 5 səs -  4 səs passivliyinə  (müsbət 1 səs)
  33. Mədəniyyət və Turizm Nazirliyi 1 səs
  34. Kənd Təsərrüfatı Nazirliyi 2 səs - 1 səs passivliyinə (müsbət 1 səs)
  35. Vergilər Nazirliyi 9 səs -  8 səs passivliyinə (müsbət 1 səs)
  36. Maliyyə Nazirliyi  12 səs passivliyinə
  37. Müdafiə Sənayesi Nazirliyi 1 səs passivliyinə
  38. “Azəriqaz” İB   1 səs passivliyinə
  39. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi   1 səs passivliyinə
  40. Bakı şəhər İcra Hakimiyyəti   2 səs passivliyinə
  41. Ombudsman Aparatı  2  səs
  42. Ali Məhkəmə   1 səs passivliyinə
  43. Bakı Fond Birjası  1 səs
  44.  “Azəryolservis”     1 səs passivliyinə
  45. Bakı Metropoliteni  1 səs passivliyinə
  46. “Azərbaycan Hava Yolları” Dövlət Konserni (AZAL)  1 səs passivliyinə,
  47. Xəzər Dəniz Gəmiçiliyi   1 səs passivliyinə

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir