Modern.az

Azərbaycanlı diplomatı döyən şəxs tutuldu

Azərbaycanlı diplomatı döyən şəxs tutuldu

16 Aprel 2016, 13:12

Azərbaycanın Moskvadakı səfirliyinin əməkdaşına hücum edən şəxs saxlanılıb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hadisədən bir neçə saat sonra polis əmədaşları 31 yaşlı Xaybula Hacıyevi saxlayıblar.

Hüquq-mühafizə orqanlarının versiyasına görə, diplomatla saxlanılan şəxs arasında münaqişə taksidə baş verib. Başına və bədəninə çoxsaylı xəsarət yetirilən Azərbaycan səfirliyinin əməkdaşı xəstəxanaya yerləşdirilib.

“Zərərçəkənə baş beyinin silkələnməsi, qaşları və dodaqlarının yarılması, eləcə də bir ön dişinin sındırılması diaqnozu qoyulub”, - xəstəxanadakı mənbələr deyiblər.

Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, aprelin 15-dən 16-na keçən gecə konsulluq şöbəsinin müdiri Emil Məhərrəmov taksi ilə evə gedərkən sürücü tərəfindən qəddarlıqla döyülüb.

Qeyd olunur ki, E.Məhərrəmov təcili yardım maşını ilə şəhər xəstəxanalarından birinə çatdırılıb, ona orada təxirəsalınmaz tibbi yardım göstərilib.

Xəsarət alan E.Məhərrəmov isə hüquq-mühafizə orqanlarına müraciət edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür