Modern.az

Obama ailəsinin illik qazancı bəlli oldu

Obama ailəsinin illik qazancı bəlli oldu

Dünya

16 Aprel 2016, 13:23


ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obamanın 2015-ci il üçün 436 min dollar gəlir bəyan etiyi və 81 min dollar vergi ödədiyi bildirilib.

Modern.az-ın xarici mətbuta istinadən məlumatına görə, Ağ Ev ABŞ Prezidenti Barak Obama və Prezidentin köməkçisi Joe Bidenin xanımları ilə birlikdikdə vergi bəyannaməsini yayımlayıb.

Obama ailəsinin 436 min dollar gəlirinin 18.7%-ni təşkil  edən 81 min dolları vergi kimi ödədiyi bildirilib.

Açıqlamada ailənin 34 xeyriyyə qurumuna 64 min dollar bağışladığı bildirilib. Obamanın köməkçisi Joe Bide isə 2015-ci ildə 392 min gəlir əldə edib. Əldə etdiyi gəlirin 91 min dollarını vergiyə ödəyib.

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır