Modern.az

Türkiyədə daha 8 terrorçu məhv edildi

Türkiyədə daha 8 terrorçu məhv edildi

16 Aprel 2016, 16:54

Türkiyənin Diyarbəkir vilayətinin Silvan rayonunda antiterror əməliyyatı baş tutub.

Modern.az-ın Türkiyə KİV-nə istənadən verdiyi xəbərə görə, PKK terror təşkilatının Diyarbəkr üzrə cavabdehi olan “Baxar Cudi” ləqəbli Ramazan İmenlə 2 kamikadzenin də daxil olduğu dəstədə 8 terrorçu öldürülüb.

 Diyarbəkir meriyası ölü ələ keçən 8 terrorçuyla yanaşı, 14 təhlükəsizlik əməkdaşının şəhid olduğunu açıqlayıb.

Məlumatda 3-ü uşaq olmaqla 5 vətəndaşın da öldüyü bildirilir. Əməliyyatlardada çoxlu sayda silah-sursat ələ keçirilib.

9 ədək “Kalaşnikov” avtomatı, 5 əl bombası və örtüyü, 4 minaatan sursatı, 1 gecəgörmə durbini,1 tapança və maqazini, 14 tapança sursatı, 27 dolu “Kalaşnikov” darağı və 810 ədəd patronu, təşkilati xarakterli proqramlar, 13 kürək çantası, müxtəlif geyim materialı, 13 yataq örtüyü, 1 hava görünüşünü əngəlləmək üçün kətan və digər vasitələr ələ keçirilib.

7 ədəd qazla dolu mətbəx balonu, 70 kiloqram ammonium nitrat turşusu, 1 ədəd parlayıcılar üçün akkumulyator, çox sayda, 5 qalam təxminən 150 kiloqram ərzaq da aşkar olunub.

Əməliyyatla bağlı istintaq axtarış tədbirləri davam etdirilir.


Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı