Modern.az

Silahlıların hücumu nəticəsində 140 nəfər ölüb

 Silahlıların hücumu nəticəsində 140 nəfər ölüb

Təhsil

16 Aprel 2016, 20:39


Efiopiyanın qərbində silahlıların hücumu nəticəsində azı 140 nəfər ölüb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, silahlılar Sudanla həmsərhəd Qambela əyalətində yerləşən yaşayış məntəqələrindən birinə hücum ediblər.

Məlumata görə, Cənubi Sudan ərazisindən hücum edən silahlılar qadın və uşaqlar daxil olmaqla dinc sakinləri atəşə tutublar. Efiopiya təhlükəsizlik qüvvələri ilə döyüş zamanı 60 silahlı məhv edilib.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı