Modern.az

Qarabağdakı separatçı rejimin dəstəkçisi Butırka həbsxanasına aparıldı - VİDEO

 Qarabağdakı separatçı rejimin dəstəkçisi Butırka həbsxanasına aparıldı  - VİDEO

Dünya

16 Aprel 2016, 22:40


İki gün əvvəl Moskva məhkəməsində barəsində 4 il hökm çıxarılan Dağliq Qarabağdakı separatçı rejimin ən böyük himayədarlarından biri olan iş adamı Levon Ayrapetyan Butırka həbsxanasına yerləşdirilib. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, onun həbsxanada yerləşdirildiyi kamerada məhbuslar çarpayı çatışmadığından növbə ilə yatırlar.

Fırıldaqçılıqda ittiham olunan Ayrapetyanın müdafiəçiləri indi ermənilərin xislətinə uyğun olaraq bunu separatçı rejimin pul kisəsi sayılan iş adamına qarşı qərəzli münasibət kimi sübut etməyə çalışırlar.

Onların iddiasına görə, 2-ci qrup əlil, 4 dəfə insult, 2 dəfə infarkt keçirən, xərçəng və uroloji xəstəliklərdən əziyyət çəkən erməni iş adamına qarşı bu münasibət yalnız banan respublikasında, yəni Rusiyada mümkün ola bilərdi.

Ermənilər hətta həyasızcasına iddia edirlər ki, bu cür xəstə olan separatçı rejimin himayədarı həbsxanada 4 il keçirə bilməz.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır