Modern.az

Yaşayış binasında güclü yanğın: 18 nəfər təxliyyə edilib

 Yaşayış binasında güclü yanğın: 18 nəfər təxliyyə edilib

Təhsil

17 Aprel 2016, 00:49

 

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 4 otaqlı mənzilin 1 otağında ev əşyaları 20 kv.m sahədə və 1 ədəd kondisioner yanıb.  

Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 5 kv.m sahədə əriyib.  

Yanğın zamanı mənzillərdən 18 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb.   Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.    

Modern.az

 
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı