Modern.az

2010-cu ildə dünyada 57 jurnalist öldürülüb

2010-cu ildə dünyada 57 jurnalist öldürülüb

Dünya

30 Dekabr 2010, 16:28

2010 – cu ildə dünyada 57 jurnalist öldürülüb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki,  “Sərhədsiz jurnalislər təşkilatı”nın 2010-cu il üçün hazırladığı hesabata görə, 11 jurnalistin öldürüldüyü Pakistan bu il ən çox jurnalist qətlə yetirilən ölkə olub.
Hesabatda eyni zamanda jurnalist ölümlərinin 2009 – cu illə müqayisədə 25 % azaldığı, ancaq jurnalistləri qacırma hallarının  artdığı (2009 – cu ildə 33 nəfər olduğu halda, 2010-cu ildə bu rəqəm artaraq 51-ə çatıb) bildirilib.
Bu ayın əvvəlində Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsinin açıqlamasında 2010–cu ildə dünyada 42 jurnalistin öldürüldüyü bildirilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır