Modern.az

Dünyanın ən təhlükəsiz ölkələri - Azərbaycan 31-cidir - REYTİNQ

Dünyanın ən təhlükəsiz ölkələri - Azərbaycan 31-cidir - REYTİNQ

18 Aprel 2016, 11:57

ABŞ-ın Numbeo təşkilatı dünyanın 117 ölkəsinin təhlükəsizlik səviyyəsini göstərən reytinq cədvəlini tərtib edib.

Modern.az Numbeonun saytına istİnadən xəbər verir ki, “Crime İndex for Country 2016” adlı hesabatda dünyanın ən təhlükəli və təhlükəsiz ölkələrinin adları yer alıb.

Hesabata əsasən, Azərbaycan 67,61%-lik təhlükəsizlik göstəricisi ilə 31-ci yerdədədir.

Qonşu ölkələrdən Gürcüstan 77,84%-lə 6-cı, Rusiya 47,31%-lik göstərici ilə 68-ci, Ermənistan 31,11%-lə 25-ci, Türkiyə 39,43%-lə 47-ci və İran 52,37%-lə 82-ci yerdə qərar tutub.

Dünyanın ən təhlükəsiz ölkəsi Cənubi Koreyadır. Bu ölkənin təhlükəsizlik indeksi 85,69%-dir. Növbəti yerlərdə Sinqapur, Tayvan və Yaponiya gəlir.

Dünyanın ən təhlükəli ölkəsi 84,44% göstəricisi olan Venesueladır.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir