Modern.az

Bakıda 361 ədəd tank əleyhinə mərmi tapılıb

Bakıda 361 ədəd tank əleyhinə mərmi tapılıb

Təhsil

30 Dekabr 2010, 18:25

Fövqəladə Hallar Nazirliyinə (FHN) Bakı şəhəri, Binəqədi rayonunda məişət tullantılarının atıldığı ərazidə döyüş sursatlarının aşkarlanması barədə məlumat daxil olub. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb.
Nazirliyin və müvafiq qurumların mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatların döyüş başlığı olmayan 361 ədəd 125mm-lik tank əleyhinə mərmilər olduğu müəyyən edilib. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini və aşkarlanmış mərmilərin xüsusi nəqliyyat vasitəsinə yüklənərək aidiyyəti qurumların mütəxəssislərinin müşayiəti ilə xüsusi ayrılmış əraziyə aparılmasını təmin ediblər. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə təkrar baxış keçirilib. Nəticədə, ərazidə şübhəli əşya aşkarlanmayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə