Modern.az

Şimali Koreyada yeni qadağalar: Pirsinq və cins şalvar olmaz

Şimali Koreyada yeni qadağalar: Pirsinq və cins şalvar olmaz

18 Aprel 2016, 15:49


Şimali Koreyada pirsinq (buruna, göbəyə sırğa taxmaq) qadağan olunub və Qərb mədəniyyətinin elementləri olan cins şalvarlarla bağlı yasaq tətbiq edilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar 2016-cı ilin mayında Şimali Koreya Əmək Partiyasının qurultayı öncəsi qəbul olunub.

Sərtləşdirilmiş qaydalar ilk növbədə Çinlə sərhəddə yerləşən Şimali Xamgen və Yanqando vilayətlərinin sakinlərinə şamil ediləcək.

Məlıumata görə, Koreya lideri Kim Çen Ina saiq olan könüllü gənclər qızların geydiyi ətəklərin uzunluğuna, ayaqqabılarının formasına, saç düzmünə və s. diqqət yetirəcək.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır