Modern.az BBC-yə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında nəşr edilən “Vaşinqton Post” qəzeti Amerika diplomatı Metyu Brayzanın Senatın təsdiqi olmadan birbaşa prezident tərəfindən Azərbaycana səfir təyin edilməsindən bir yazı dərc edib. Bu yazıda Metyu Brayzanın tərəfdarları və onun əleyhdarlarının mövqelərinə nəzər salınır.
“Vaşinqton Post” qəzeti yazır ki, Metyu Brayzanın tərəfdarları prezident Obamanın Senatı qulaq ardına vuraraq diplomatı Azərbaycana səfir təyin etmək qərarını alqışlayıblar. Onlar həm də onun namizədliyinin qarşısına sipər çəkən iki senatoru vəzifədən sui-istifadə etməkdə günahlandırıblar.