Modern.az

İŞİD Türkiyəni raket atəşinə tutub

 İŞİD Türkiyəni raket atəşinə tutub

18 Aprel 2016, 20:36

 

Türkiyənin Kilis bölgəsi İŞİD-in Suriyada nəzarət etdiyi Bap bölgəsindən raket atəşinə tutulub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, nəticədə 3 nəfər ölüb, 9 nəfər yaralanıb.  

Raket mərmilərindən ikisi dövlət xəstəxanasının arxasındakı oksigen deposuna, ikisi Yavuz Sultan Səlim Məhəlləsinə düşüb. Mehmet Keçik ərazisindəki məktəb sahəsinə düşən mərmi nəticəsində 40 yaşlı çoban ölüb, 14 yaşlı şagird yaralanıb. Yaşayış binasına düşən raket mərmisi nəticəsində isə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.  

Bunun ardından Türkiyə ordusu cavab olaraq Suriya ərazisini atəşə tutub.

Daha bir top mərmisi Hatay ərazisinə düşüb. Boş sahəyə düşdüyündən hadisə zamanı ölən olmayıb.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir