Modern.az

2 yanvarın məşhurları...

2 yanvarın məşhurları...

Təhsil

2 Yanvar 2011, 12:20

2 yanvar tarixə bir sıra hadisələr və şəxsiyyətlərlə düşüb. Tarixin bu günündə - 1943-cü ildə faşist qoşunlarının Qafqaza hücumu başlayıb 2007-ci ilin bu günündə ABŞ-ın keçmiş prezidenti Gerald Ford 93 yaşında Vaşinqtonda vəfat edib. 2 yanvar 1945-ci ildə məşhur aktyor Səməndər Rzayev anadan olub. Ağsu şəhərində dünyaya gələn S.Rzayev Azərbaycan Dövlət İncəsənət İnstitutunun (ADMİU) aktyorluq fakültəsini bitirib (1968). Sumqayıt Dövlət Dram Teatrında və 1967-ci ildən çalışdığı Akademik Milli Dram Teatrının səhnəsində obrazlar qalereyası yaradıb. Dövlət mükafatı laureatı (1980), əməkdar artist (1974) kimi fəxri adlara layiq görülüb. Azərbaycan mədəniyyətinin inkişafında onun müstəsna xidmətləri var. Yaratdığı obrazlarla böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

Nadir səs tembrinə, xarakterik simaya, səviyyəli ifaçılıq üslubuna malik olan S.Rzayevin ifasındakı təkrarsızlıq və gerçəklilik çəkildiyi 20-ə yaxın filmdə bu fikri təsdiqləyir.

S.Rzayevin ecazkar səsi dublyaj etdiyi rolları belə sevdirib. Radionun “Bulaq” verilişinin aparıcısı olan bədii qiraət ustasının çıxışlarından doymayan dinləyicilər dublyaj olunmuş filmləri də onun səsi ilə seyr etdikdə ekran əsərinin emosionallığına qapılır, filmin dəyərini dərk edirdilər. O, aktyorluq sənətində olduğu kimi, dublyaj işinin ciddiliyinə də hörmət qazandıran aktyorlarımızdan idi. Səməndər Rzayev 1986-cı il martın 27-də dünyasını dəyişib.

1943-cü ilin 2 fevralında məşhur türk müğənnisi Barış Manço anadan olub. O, rok, pop və müasir türk sənət musiqi sənətçisi, televiziya aparıcısı kimi məşhurlaşıb.

Türkiyədə rok musiqinin qabaqcıllarından, Anadolu rok növünün qurucu üzvlərindəndir. Bəstələdiyi 200-dən çox mahnı ona 12 qızıl və bir platin albom və kaset mükafatı qazandırıb. Bu mahnıların bir çoxu həm də ərəbcə, bolqarca, fransızca, ingiliscə, yaponca, yunanca ifa olunub. Hazırladığı televiziya proqramıyla dünyanın bir çox ölkəsinə gedib, bu səbəblə ona "Barış Çələbi" ləqəbi verilib. Onun mahnıları Azərbaycanda da çox sevilir. B.Mançonun özü sağlığında Azərbaycanda səfədə olub.

İstedadlı  sənətçi 1 fevral 1999-cu ildə 56 yaşında İstanbulda vəfat edib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə