Modern.az

Yeni ildə Bakıda doğulan ilk körpə qız olub

Yeni ildə Bakıda doğulan ilk körpə qız olub

Təhsil

2 Yanvar 2011, 12:30

Paytaxt Bakıda 2011-cu ilin ilk körpəsi bu il də Şamama Ələsgərova adına 5 saylı doğum evində dünyaya gəlib. 23 yaşlı Aytac Həmidovanın dünyaya gətirdiyi qız uşağı ailənin də ilkidir. Uşağın çəkisi 3 kiloqram 200 qram, boyu 51 sm-dir. Körpəyə anası Nuran adını qoyub. Ana dünyaya gətirdiyi körpənin ilin ilk uşağı olmasının sevindirici hal olduğunu deyib. ANS-in məlumatına görə, körpənin saat 00.02-də dünyaya gəldiyini deyən 5 saylı doğum evinin mama-ginekoloqu Gülarə Əsgərxanova ananın və körpənin vəziyyətinin qənaətbəxş olduğunu bildirib. Qeyd edək ki, ümumilikdə 2011-ci ilin ilk saatlarından ötən gün günorta saatlarınadək paytaxtın 4 doğum evində 35 uşaq dünyaya gəlib. Onlardan 16-sı qız, 19-u oğlandır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə