Modern.az

Deputat Prezidentin Milli Məclisə göndərdiyi qanun layihələrini şərh etdi

Deputat Prezidentin Milli Məclisə göndərdiyi qanun layihələrini şərh etdi

Təhsil

20 Aprel 2016, 13:25


“"Uşaq hüquqları haqqında” və "Telekommunikasiya haqqında" qanun layihələrinə əlavə və dəyişiklər edilməsi barədə sənədlər Prezident tərəfindən Milli Məclisə daxil olub”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı qeyd edib. O bildirib ki, hər iki qanun layihəsində ediləcək dəyişiklər əsasən uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan onların qorunmasının müvafiq qanunla tənsimlənməsidir.

““Uşaq hüquqları haqqında” Qanunun “Uşağın məlumat azadlığı” adlı 15-ci maddəsi olduğu kimi qalır, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər bir uşağın əqli və fiziki inkişafı üçün zəruri olan istənilən məlumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq hüququ var. Həmin maddəyə ikinci hissə əlavə edilir. Yəni uşaqların və inkişafına zərər vuran informasiyalardan qorunm müvafiq qanunla tənzimlənməlidir”.

A.Naxçıvanlı bildirib ki, “Telekommunikasiya haqqında” Qanuna 3 yeni maddə əlavə olunur.

“Birinci əlavə olunacaq maddə abunəçilərin müraciəti əsasında uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyadan qoruması üçün internet informasiya ehtiyatlarından təhlükəsizlik istifadə imkanları təmin etməkdir. İkinci maddə, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunma üçün tədbirlər görülməsini tələb etmək, üçüncü maddədə isə bu qanunun həmin maddəsində göstərilmiş vəzifələrin həyata keçirilməsində abunəçilərin razılıq və etirazının nəzərə alınması qeyd olunub. Hər üç əlavə sosial təlabatlar baxımından xüsusi əhəmiyyət kəsb edir. Ona görə bunlar həmin qanuna əlavə kimi təqdim ediləcək”.

Qeyd edək ki, Milli Məclisin aprelin 26-da keçirilək plenar iclasının gündəliyinə hər iki qanun layihəsinə dəyiklik salınıb.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...