Modern.az

Azərbaycanda sabiq nazir müavini vəfat edib

Azərbaycanda sabiq nazir müavini vəfat edib

Təhsil

20 Aprel 2016, 14:13


Azərbaycan mədəniyyətinə ağır itki üz veribr. Modern.az saytı Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, əməkdar mədəniyyət işçisi Fərəh Əbdülrəhim qızı Şəkinskaya 2016-cı il aprelin 20-də 80 yaşında vəfat edib.

Fərəh Şəkinskaya 1936-cı il aprel ayının 28-də Bakı şəhərində anadan olub. 1958-ci ildə Azərbaycan Sənaye İnstitutunda təhsil almış Fərəh Şəkinskaya əmək fəaliyyətinə Bakı Şin Zavodunda mühəndis kimi başlayıb.

60-70-ci illərdə o, Azərbaycan Mərkəzi Partiya Komitəsinin inspektoru, daha sonra Azərbaycan Kommunist Partiyasının N.Nərimanov rayon Komitəsinin katibi, 1978-1989-ci illərdə Bakı şəhər İcra Komitəsinin mədəniyyət idarəsinin müdiri, 1989-1993-cü illərdə isə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb.

F.Şəkinskaya müxtəlif illərdə N.Nərimanov və 26 Bakı Komissarı adına rayonların deputatı seçilib.

1993-2012-ci illərdə Fərəh Şəkinskaya Azərbaycan Dövlət Uşaq Filarmoniyasına rəhbərlik edib. Bu illər ərzində kollektiv yeni rəngarəng proqramları ilə respublikamızda və bir çox xarici ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil edib, Beynəlxalq Uşaq Festivallarında laureat adını qazanıb.

F.Şəkinskaya Azərbaycan mədəniyyətinin qorunması və inkişafı sahəsində hər zaman fədakarlıqla çalışıb.

O, milli mədəniyyətimiz sahəsindəki xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq   görülüb.

Allah rəhmət eləsin...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...