Modern.az

Azərbaycan gənclərinin seçimi dəyişib

 Azərbaycan gənclərinin seçimi dəyişib

Təhsil

20 Aprel 2016, 15:44


2000-2010-cu illər  arasinda abituriyentlər humanitar ixtisaslara qəbul olunmaq istəyirdilərsə, son zamanlar iqtisadiyyat, təbiət və texniki elmlərə marağın artması müşahidə olunur.Ali təhsil müəssisələrindən humanitar sahədə məzun olan gənclərin işlə təmin olunması çətinləşib.

Bununla bağlı Modern.az-a açıqlama verən təhsil eksperti Etibar Əliyev bildirib ki,təbiət və texniki fənlərə marağın artması müsbət haldır.

“Cəmiyyətdə bu tendensiya çox hiss olunur. Buna ali məktəblərdə “Sabah” qruplarının yaradılması, fizika-riyaziyyat təmayüllü liseydə olimpiada mərkəzinin yaradılması prosesinin böyük təsiri var. Gənclər təbiət və texniki ixtisasları işlə təmin olunmaq baxımından daha perspektivli sayaraq, bu sahəyə çox meyl edirlər. Əlbəttə, bu işlərin mətbuatda təbliğatının da önəmli təsiri var”.

Ekspertin sözlərinə görə, inkişaf etmiş ölkərdə, o cümlədən qardaş Türkiyədə əsas aparıcı universiterlər  təbiət və texniki elmlər yönümlü universitetlərdir.

“Bu universitetlər beynəlxalq akredidasiyadan keçməyə can atırlar. Qloballaşan dünyada ölkərin inkişafında bu ixtisaslar üzrə hazırlanan mütəxəssislərin  rolu böyükdür”.

Etibar Əliyev qeyd edib ki, biologiya, kimya və texniki sahədə  çox böyük irəliləyişlər var.

“Biz bunu dünyada aparılan tədqiqatları izlərkən görürük. Molekulyar biologiya, biokimya sahəsində, Kvant kimyası, tədbiqi fizika, nanotexnologiya və İKT istiqamətlərində çox ciddi tədqiqatlar aparılır. Hesab edirəm ki, bizim gənclərin bu istiqamətlərə cəlb olunması ölkədə elmin inkişafına böyük təsir göstərə bilər. Bununla yanaşı, onlar insan kapitalına da daha  çox tohfə verə bilərlər. Əslində humanitar ixtisasların təbliğini geri plana çəkmək olmaz. Gənclər spontan şəkildə özləri ixtisaslar seçirlər. Ancaq bununla yanaşı, istedadlı gənclərin humanitar sahəyə cəlb olunması ölkənin gələcəyi ücün önəmlidir”.

Qafar AĞAYEV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı