Modern.az

Nazirdən tələbə köçürülməsinin yeni sistemi barədə AÇIQLAMA

Nazirdən tələbə köçürülməsinin yeni sistemi barədə AÇIQLAMA

Təhsil

20 Aprel 2016, 16:44

“Tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsi ilə bağlı bir neçə il əvvəl qeyri -şəffaf hallara rast gəlinirdi. Bu da əhalinin, tələbələrin haqlı narazılığına səbəb olurdu”.

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. O qeyd edib ki, bu ilin sonunadək tələbələrin bir ali məktəbdən başqasına köçürülməsinin elektron sistemi yaradılacaq.

“Meyarların, qaydaların aydın şəkildə tətbiq edilməsi, eləcə də elan edilməsində əsas məqsəd məhz insan faktorundan asılılığın aradan qaldırılması idi. Tələbə-universitet-təhsil sistemi münasibətlərinin sağlamlaşdırılması, şəffaf səviyyəyə çatdırılması üçün hazırda biz bu işin elektron platform üzərindən həyata keçirilməsini hazırlayırıq.

Hesab edirəm ki, bu iş yaxın zamanda yekunlaşacaq".   M.Cabbarov bildirib ki, indi bu və ya digər tələbənin köçürülmə prosesi insan müdaxiləsi olmadan, tələbənin digər ali məktəb və fakültəyə keçmə hüququna malik olub-olmaması meyarları əsasında həyata keçiriləcək:  

"Meyarlarda köklü dəyişikliklər etməyi nəzərdə tutmuruq. Müəyyən dəyişikliklər olacaq ki, bunun da cüzi xarakter daşıya biləcəyi istisna edilmir. Təbii ki, burada söhbət kardinal dəyişikliklərdən getmir.

Tələbə köçürülmələri istiqamətində son 3 ildə böyük işlər görülüb. Bu proses tam şəffaflaşmış meyarlara əsasən həyata keçirilir. Tələbələrin qəbul imtahanlarında topladıqları ballar əsas götürülərək onların ixtisaslarının uyğunluğunu saxlamaqla hər kəs üçün bu prosesin daha da şəffaf olması səbəbindən prosesin elektronlaşdırılması bu istiqamətdə növbəti addım olacaq".

Aytən ZƏHRA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı