
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri Səməd Seyidov və Samvel Farmanyan ilə görüşüb.
Modern.az məlumatına görə, bu barədə P.Aqramunt "Tvitter"dəki səhifəsində yazıb.
O, qeyd edib: "Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdüm. Dialoq olmadan heç bir münaqişə həll edilə bilməz".
Modern.az