Modern.az

Təhsil Nazirliyi magistraturada oxuyanlara hərbi xidmətdən möhlət istəyir

Təhsil Nazirliyi magistraturada oxuyanlara hərbi xidmətdən möhlət istəyir

Təhsil

3 Yanvar 2011, 16:23

Azərbaycan Təhsil Nazirliyi "Hərbi xidmətə çağırışın əsasları haqqında" Qanuna dəyişikliklərin edilməsi barədə təkliflər hazırlayır. Bu barədə təhsil naziri Misir Mərdanov özü məlumat verib. ("Trend")

Nazirin sözlərinə görə, təkliflərdə magistraturaya qəbul olan bakalavrların təhsillərini başa vuranadək hərbi xidmətə çağırılması praktikasından imtina öz əksini tapacaq.

Hazırda magistraturaya qəbul olan bakalavrlar hərbi xidməti keçdikdən sonra bu mərhələdə təhsillərini davam etdirirlər.

Bir müddət əvvəl Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov da bildirmişdi ki, Azərbaycanda "Hərbi xidmətə çağırışın əsasları haqqında" Qanuna dəyişikliklər ediləcək.

S.Novruzovun sözlərinə görə, xaricdə təhsil alanların, aspirantların hərbi xidmətə cəlb olunması məsələsi bu qanunda əks olunacaq. Hazırda qüvvədə olan qanun 1992-ci ildə qəbul edilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə