Modern.az

İŞİD seks köləliyindən imtina edən 250 qadını edam edib

 İŞİD seks köləliyindən imtina edən 250 qadını edam edib

20 Aprel 2016, 21:26

 

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yaraqlıları Mosulda seks köləliyinə razılaşmayan 250 qadını edam ediblər. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda İraq Kürdüstanının nümayəndəsi Said Mamuzini məlumat verib.  

Onun bildirdiyinə görə, qadınları və qızları islamçılarla müvəqqəti nikaha girməyə məcbur ediblər. Bu isə o deməkdir ki, onlar yaraqlıların girovuna çevrilirlər. Seks köləsi olmaqdan imtina edənlər isə öldürülürlər.  

Digər mənbə isə deyib ki, Mosulda qadınlara evdən tək çıxmaq, açıq sifətlə ictimai yerdə olmaq, eləcə də öz istəkləri ilə ər seçmək qadağan edilib.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır