Polşanın Vrotslava klinikasında anası doğuşdan 55 gün öncə ölən dünyaya gəlib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, xərçəng xəstəsi olan 41 yaşlı qadının hamiləliyinin 17-ci həftəsində beyin ölümü keçirdiyi qeydə alınıb. Qadının ürəyi həmin vaxt döyündüyündən həkimlər müasir tibbi avadanlıqlardan istifadə edərək uşağın həyatı uğrunda mübarizə aparıblar.
Həkimlər demək olar iki ay ananın həyati funksiyalarını saxlamağa nail olublar, bundan sonra qeysəriyyə əməliyyatı keçirilib. Nəticədə çəkisi bir kiloqrama yaxın olan oğlan uşağı doğulub. Çəkisi az olduğundan intensiv terapiyaya ehtiyac yaranıb. İki ay ötəndən sonra uşaq evə buraxılıb. O, hazırda tam sağlamdır və çəkisi 3 kiloqrama çatıb. Ona atası baxır.
Modern.az